Dünya
Rumıniya hökumətində kütləvi istefa: Altı nazir və baş nazirin müavini vəzifələrini tərk etdilər
Sosial-Demokrat Partiyasından (SDP) altı nazir və baş nazirin müavini Marian Nyakşu Rumıniya hökumətindən istefa veriblər. Oxu.Az xəbər verir ki, bu barədə SDP-nin mətbuat xidməti məlumat yayıb. Söhbət kənd təsərrüfatı, energetika, əmək, ədliyyə, səhiyyə və nəqliyyat nazirlərindən, həmçinin baş nazirin müavinindən və kabinetin baş katibindən gedir. "Bu andan etibarən baş nazir artıq parlament çoxluğunun dəstəyini almır. Bu o deməkdir ki, onun Rumıniya hökumətində liderlik mövqeyi tutmaq üçün demokratik legitimliyi yoxdur. Konstitusiyaya görə, heç bir qrup və ya fərd azad və demokratik seçki yolu ilə formalaşan parlament çoxluğunun iradəsinə zidd olaraq öz adından milli suverenliyi həyata keçirə bilməz", - deyə partiyadan bildirilib.
Mənbə
oxu.az