Dünya

Kanada aviaşirkətləri uçuşları ləğv etməyə başlayıb

23 Apr 2026, 16:52 1 baxış
Kanada aviaşirkətləri uçuşları ləğv etməyə başlayıb
Kanada aviaşirkətləri ABŞ və İsrailin İranla münaqişəsi fonunda aviasiya yanacağının bahalaşması səbəbindən uçuşları ləğv etməyə başlayıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə CBC telekanalı məlumat verib. Bildirilib ki, "Air Transat" şirkəti may ayından oktyabr ayına qədər əsasən Avropa və Karib regionu ölkələrinə uçuşların təxminən 6% azaldığını elan edib. Bu tədbir min aviareysi əhatə edəcək. "WestJet" aviadaşıyıcısı aprel ayında reyslərin 1%-ni, may ayında 3%-ni, iyun ayında isə 6%-ni ləğv edəcək. "Air Canada" şirkəti artıq iqtisadi cəhətdən əsaslandırılmayan 6 Şimali Amerika marşrutunun dayandırıldığını elan edib. Azalma bütün reyslərin təxminən 1%-ni əhatə edəcək. Eyni zamanda bu sahənin mütəxəssisləri qeyd edirlər ki, Avropa ölkələri ilə müqayisədə Kanadada vəziyyət o qədər də acınacaqlı deyil. Çünki daxili uçuşlar üçün aviasiya yanacağının 85%-i yerli neft emalı zavodları tərəfindən istehsal olunur.
Mənbə oxu.az

Oxşar Xəbərlər