Dünya
Aİ Ukraynaya 90 milyard yardımı və Rusiyaya qarşı yeni sanksiyaları TƏSDİQLƏDİ
Avropa İttifaqı Şurası nazirlik səviyyəsində Ukraynanın 2026-2027-ci illər üçün 90 milyard avro məbləğində maliyyələşdirilməsi prosedurunun və Rusiyaya qarşı 20-ci sanksiyalar paketinin icrasını başa çatdırıb. Oxu.Az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antoniu Koşta sosial şəbəkə hesabında paylaşım edib. "Verdiyimiz vədi yerinə yetirdik. Bu gün biz hər iki istiqamətdə irəliləyiş əldə etdik. Ukraynanın 2026-2027-ci illər üçün hərbi və büdcə ehtiyaclarını təmin edərək 90 milyard avronu onların sərəncama verdik. Rusiyaya qarşı 20-ci sanksiyalar paketini də təsdiq etdik", - deyə Koşta bildirib.
Mənbə
oxu.az