Dünya

Zelenski: "Yaxın Şərqdəki vəziyyət Ukraynaya silah tədarükünə təsir edir"

23 Apr 2026, 13:08 1 baxış
Zelenski: "Yaxın Şərqdəki vəziyyət Ukraynaya silah tədarükünə təsir edir"
"Ukrayna ABŞ-nin diqqət mərkəzində qalmalıdır. Birləşmiş Ştatların hazırda İranla müharibəyə diqqət yetirdiyini başa düşürük, amma hərbi əməliyyatların davam etdiyi Ukraynanı da unutmamaq vacibdir". Oxu.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində bildirib. "Ukrayna münaqişəsinin həlli təxirə salına bilməz", - deyə Ukrayna lideri mövqeyini açıqlayıb. Zelenski, həmçinin qeyd edib ki, Yaxın Şərqdə münaqişənin kəskinləşməsi səbəbindən ölkəyə əsas silah növlərinin tədarükü də pozulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər