Dünya

ABŞ-nin İrana qarşı dəniz blokadası hansı nəticələri verib?

23 Apr 2026, 13:16 1 baxış
ABŞ-nin İrana qarşı dəniz blokadası hansı nəticələri verib?
ABŞ ordusunun Hörmüz blokadasının başlanmasından bəri İrana yön alan və bu ölkənin sahillərindən yola düşməyə cəhd edən 31 gəminin istiqamətini dəyişdirib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) sosial şəbəkə hesabında məlumat yayıb. "İrana qarşı dəniz blokadası çərçivəsində ABŞ qoşunları 31 gəmiyə geri dönmək və ya limana qayıtmaq əmri verib", - deyə komandanlığın məlumatında bildirilib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib. Aprelin 22-nə planlaşdırılmış ikinci görüş isə baş tutmayıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər