Dünya

Barrak: "Türkiyənin "F-35" proqramına yenidən qoşulması NATO-nun qarşılıqlı əməkdaşlığını gücləndirər"

23 Apr 2026, 13:40 1 baxış
Barrak: "Türkiyənin "F-35" proqramına yenidən qoşulması NATO-nun qarşılıqlı əməkdaşlığını gücləndirər"
"Türkiyənin "F-35" proqramına yenidən qoşulması NATO-nun qarşılıqlı əməkdaşlığını gücləndirər". Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin Ankaradakı diplomatik nümayəndəsi və Suriya üzrə xüsusi elçisi Tom Barrak Antalya Diplomatik Forumuna (ADF - 2026) dair "Fox News Digital"a verdiyi yazılı açıqlamasında bildirib. Barrak ADF-də gündəmə gətirdiyi mövzulara istinad edərək, Donald Trampın xarici siyasət kursu və Türkiyə-ABŞ əlaqələrinə baxışı ilə bağlı düşüncələrini paylaşıb. ABŞ səfiri Türkiyənin Rusiyadan "S-400" hava hücumundan müdafiə sistemlərini əldə etməsi və bunun nəticəsində "F-35" layihəsindən çıxarılması ilə bağlı Vaşinqtonun mövqeyini xatırlatdıqdan sonra Ankaranın bu proqrama yenidən qayıtmasını arzuladıqlarını bir daha diqqətə çatdırıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər