Dünya
Günəşdə güclü partlayışlar qeydə alındı
Aprelin 23-də səhər Günəşdə M sinifli iki partlayış qeydə alınıb. Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutu öz saytında məlumat verib. "Aprelin 23-də Moskva vaxtı ilə saat 07:35-də (Bakı vaxtı ilə saat 08:35) 4419 günəş ləkəsi qrupunda (N16W58) rentgen diapazonunda 28 dəqiqə davam edən M1.7 sinifli partlayış qeydə alınıb", - deyə məlumatda bildirilib. Bakı vaxtı ilə saat 08:59-da isə 4420 günəş ləkəsi qrupunda (N16E43) rentgen diapazonunda ikinci M1.2 sinifli partlayış baş verib. Onun müddəti 18 dəqiqə təşkil edib.
Mənbə
oxu.az