Kriminal
Goranboyda kişi bıçaqlandı - Ata və oğlu SAXLANILDILAR
Goranboy sakininə kəsici-deşici alətlə xəsarət yetirilib. Oxu.Az xəbər verir ki, hadisə rayon ərazisində baş verib. Belə ki, 1980-ci il təvəllüdlü S.Alıyev ağır xəsarətlərlə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində S.Alıyevə kəsici-deşici alətlə xəsarət yetirməkdə şübhəli bilinən 21 yaşlı İbrahim Ələsov və onun atası 46 yaşlı Aynur Ələsov saxlanılıblar. Faktla bağlı müvafiq ekspertiza təyin olunub, araşdırmalar davam etdirilir.
Mənbə
oxu.az