Dünya

ABŞ-də kimyəvi zavodda qəza: Ölənlər və xəsarət alanlar var

23 Apr 2026, 09:48 1 baxış
ABŞ-də kimyəvi zavodda qəza: Ölənlər və xəsarət alanlar var
ABŞ-nin Qərbi Virciniya ştatında kimyəvi maddələrin istehsal olunduğu sənaye müəssisəsində baş vermiş qıza nəticəsində iki nəfər həlak olub, 19 nəfər müxtəlif xəsarətlər alıb. Oxu.Az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumata görə, fövqəladə vəziyyət "Catalyst Refiners" zavodunda yaranıb. İlkin məlumatlara görə, istehsalın dayandırılması zamanı kimyəvi reaksiya baş verib ki, bu da zəhərli hidrogen-sulfid qazının əmələ gəlməsinə səbəb olub. Zərərçəkənlər arasında hadisə yerinə gələn təcili yardım xidməti əməkdaşları da var. İnsanlar tibb müəssisələrinə müxtəlif yollarla, o cümlədən şəxsi nəqliyyat vasitələri ilə çatdırılıblar. Zərərçəkənlərdə tənəffüs yollarının zədələnməsi əlamətləri, məsələn, öskürək, tənəffüs çətinliyi və göz qıcıqlanması diaqnozları müşahidə edilib. Xəsarət alanların hamısı zəruri tibbi yardım alırlar.
Mənbə oxu.az

Oxşar Xəbərlər