Cəmiyyət

Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto

23 Apr 2026, 09:28 2 baxış
Sumqayıtda "Mersedes" aşdı: ölən var - Foto

Sumqayıt şəhərinin Hacı Zeynalabdin Tağıyev qəsəbəsində ölümlə nəticələnən yol qəzası baş verib.


Axar.az Report-a istinadla xəbər verir ki, "Mersedes" markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarına aşıb.


Qəza nəticəsində avtomobilin sürücüsü hadisə yerində ölüb. Onun şəxsiyyəti dəqiqləşdirilir.


Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.


Faktla bağlı araşdırma aparılır,

Mənbə axar.az

Oxşar Xəbərlər