Dünya
Avropada gənclər orta hesabla 26 yaşında valideynlərdən ayrılırlar - STATİSTİKA
Avropa İttifaqında (Aİ) gənclər 2025-ci ildə orta hesabla 26.3 yaşında valideyn evindən ayrılıblar. "Eurostat"a istinadən xəbər verir ki, ən erkən müstəqil həyata Şimali Avropa ölkələrində başlanılır: Finlandiyada 21.4, Danimarkada 21.7, İsveçdə isə 21.9 yaş. Valideyn evindən ən gec ayrılanlar isə Cənubi Avropadadır: Xorvatiyada 31.3, Yunanıstanda 30.7, İtaliyada isə 30.1 yaş. Aİ-nin böyük iqtisadiyyatlarına malik ölkələrdə, o cümlədən Almaniya və Fransada gənclər müvafiq olaraq 23.9 və 23.5 yaşlarında valideynlərindən ayrı yaşamağa başlayırlar. Ekspertlər bildirirlər ki, bu göstəricilər ölkələrin sosial-iqtisadi şəraitindən asılıdır. Buraya gənclərin gəlir səviyyəsi, mənzil əlçatanlığı, ailə ənənələri və regionlarda əhalinin sıxlığı kimi amillər daxildir.
Mənbə
oxu.az