Dünya
Lukaşenko motosiklet həvəsindən danışdı - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko motosikletçi olduğunu və "Harley-Davidson" sürdüyünü bildirib. Oxu.Az xəbər verir ki, bu barədə "Pul pervoqo" "Telegram" kanalının paylaşdığı videoda bəhs edilir.
Minsk aeroklubuna baş çəkən A.Lukaşenko orada motosiklet idmanı ilə məşğul olan uşaqlarla söhbət edib. "Afərin. Mən də motosikletçiyəm. Amma mən "Harley" sürürəm", - deyə dövlət başçısı bildirib. Qeyd edək ki, Belarus lideri dəfələrlə motosiklet sükanı arxasında görülüb. Xüsusilə, o, 2016-cı ildə "Harley-Davidson" ilə beynəlxalq bayker festivalında iştirak edib.

Mənbə
oxu.az