Cəmiyyət

Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq

23 Apr 2026, 03:00 2 baxış
Sakinlərin NƏZƏRİNƏ: Bəzi ərazilərdə işıq olmayacaq
Azərbaycanda bir sıra ərazilərdə elektrik enerjisinin verilişində fasilələr yaranacaq. Oxu.Az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. "Aprelin 23-də Mingəçevir Elektrik Şəbəkəsinin (EŞ) ərazisində yerləşən 35/6 kV-luq "Karxana-601" yarımstansiyasından çıxan 6 kV-luq 18 saylı şəhər hava xəttində təmir işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək şəhərin 20 Yanvar və Nəriman Nərimanov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra yaşayış əraziləri daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda qeyd olunub. Eyni zamanda, aprelin 23-də Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində 6 kV-luq elektrik xətlərində təmir-təftiş işləri aparılacaq. "Bununla əlaqədar saat 10:30-dan 15:30-dək Xırdalan şəhərinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri yekunlaşdıqdan sonra ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq",- deyə bildirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər