Siyasət

Prezident: "Ələt Azad İqtisadi Zonası xarici investorlar üçün cəlbedici platformaya çevrilir" - VİDEO

23 Apr 2026, 00:50 1 baxış
Prezident: "Ələt Azad İqtisadi Zonası xarici investorlar üçün cəlbedici platformaya çevrilir" - VİDEO
"Bu gün biz, əsasən, ölkələrimiz arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıqla bağlı fürsətləri müzakirə etdik. Birgə İqtisadi Komissiyanın həmsədrlərinin hər ikisi kənd təsərrüfatı naziridir. Əlbəttə ki, əhalimizin qırx faizindən çoxunun kənd yerlərində yaşadığını nəzərə alaraq, bu məsələ bizim hökumətimiz üçün prioritetlərdən biri olmağa davam edəcək". Oxu.Az xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı deyib.
Dövlət başçısı qeyd edib ki, regionlarda yaxşı infrastruktur yaradılıb və geniş biznes imkanları mövcuddur: "Oradakı biznes imkanları paytaxtdakından fərqlidir. Buna görə də kənd təsərrüfatı, turizm, su ehtiyatlarının idarəedilməsi kimi sahələrdə dövlət və özəl şirkətlər Azərbaycanda layihələr həyata keçirirlər. Hesab edirəm ki, Latviya investorları üçün bu fürsətləri nəzərdən keçirmək də maraqlı olardı". Prezident Ələt Azad İqtisadi Zonasının xarici investorlar üçün yaratdığı şəraitə də toxunub: "Həmçinin Ələt Azad İqtisadi Zonası da yaxşı xidmətlər təmin edir və böyük həcmdə xarici investisiyaların cəlb olunmasına imkan verən investisiyayönümlü qanunvericilik mövcuddur. Baxmayaraq ki, bu gün xarici investisiyaları cəlb etmək asan iş deyil, qanunverici baza, əsas dəniz limanlarına və dəmir yoluna yaxınlıq Ələt Azad İqtisadi Zonasını çox cəlbedici edir".
Mənbə oxu.az

Oxşar Xəbərlər