Dünya

ABŞ-nin müttəfiqləri İrandakı müharibəyə görə maliyyə yardımı istəyiblər

22 Apr 2026, 21:08 1 baxış
ABŞ-nin müttəfiqləri İrandakı müharibəyə görə maliyyə yardımı istəyiblər
"Fars körfəzi və Asiyadakı bir çox müttəfiq ölkə İranla müharibə və enerji daşıyıcılarının qiymətinin artması fonunda Vaşinqtondan maliyyə dəstəyi istəyib". Oxu.Az TASS agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ-nin maliyyə naziri Skott Bessent bildirib. Nazirin sözlərinə görə, onlara ABŞ valyutasının təqdim edilməsi dünya bazarında dollar aktivlərinin nizamsız satışının qarşısını almağa imkan verəcək. ABŞ Senatında keçirilən dinləmələr zamanı ondan BƏƏ-nin İranla müharibənin uzanması və valyuta ehtiyatlarının tükənməsi ehtimalına qarşı əlavə svop-xəttinin açılması üçün ABŞ-yə müraciət etməsi barədə məlumatı şərh etmək istənilib. "Fars körfəzindəki bir çox müttəfiqimiz svop-xətləri tələb edib. Siz yəqin ki, indicə BƏƏ haqqında oxumusunuz, Federal Ehtiyat Sistemi və ya Maliyyə Nazirliyi tərəfindən verilən svop-xətləri dollarla maliyyələşmə bazarlarında nizamı qorumaq və ABŞ aktivlərinin nizamsız satışının qarşısını almaq üçün nəzərdə tutulub", - deyə o cavab verib.
Mənbə oxu.az

Oxşar Xəbərlər