Siyasət
Prezident: "Son 20 ildə iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub"
"Son iyirmi il ərzində iqtisadiyyatımıza 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı - 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikri Prezident İlham Əliyev aprelin 22-də Bakıda keçirilən Azərbaycan-Latviya biznes-forumunda çıxışı zamanı səsləndirib. "Beləliklə, investisiya üçün əlverişli mühitin yaradılması qarşımızda duran hədəflərdən biri idi və buna böyük mənada nail olunub", - deyə dövlətimizin başçısı bildirib.
Mənbə
oxu.az