Dünya

Brent markalı neftin qiyməti 102 dolları ötüb

22 Apr 2026, 21:30 1 baxış
Brent markalı neftin qiyməti 102 dolları ötüb
Londonun ICE birjasında Brent markalı neftin 2026-cı ilin iyun tədarükü üzrə füçerslərinin qiyməti aprelin 13-dən bəri ilk dəfə 102 dolları ötüb. Oxu.Az xəbər verir ki, bu barədə ticarət məlumatları göstərir. Bakı vaxtı ilə saat 19:43-ə olan məlumata görə, Brent neftinin qiyməti 3.58% artaraq 102.01 dollar/barelə çatıb. Saat 19:48-də isə artım tempi zəifləyib və qiymət 101.91 dollar/barel (+3.48%) səviyyəsində olub. Eyni zamanda, WTI markalı neftin 2026-cı ilin iyun fyuçersləri 3.86% bahalaşaraq 93.13 dollar/barel təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər