Dünya

Avropa Komissiyası enerji böhranı ilə mübarizə üçün planını açıqladı

22 Apr 2026, 16:16 1 baxış
Avropa Komissiyası enerji böhranı ilə mübarizə üçün planını açıqladı
Avropa Komissiyası (AK) Hörmüz boğazının blokadası səbəbindən yaranan enerji böhranı ilə mübarizə aparmaq üçün "AccelerateEU" ​​adlı planını açıqlayıb. Oxu.Az xəbər verir ki, bu barədə qurumun rəsmi saytında məlumat verilib. Planda digər məsələlərlə yanaşı yaşıl və nüvə enerjisinin genişləndirilməsi də nəzərdə tutulur. "Biz yaşıl və yerli istehsal olunan enerjinin inkişafını sürətləndirməliyik", - deyə AK-nın sədr müavini Tereza Ribera bildirib. Plan xüsusilə Avropa İttifaqı (Aİ) iqtisadiyyatının sürətləndirilmiş elektrifikasiyasını, ilk növbədə nəqliyyat və istilik sahəsini əhatə edir. Bu da ucuz elektrik enerjisi mənbələrinin mövcudluğunu nəzərdə tutur. AK alternativ və nüvə enerjisini belə mənbələr kimi müəyyənləşdirib. Əvvəllər AK məlumat vermişdi ki, İrana qarşı müharibənin başlanmasından bəri enerji resurslarının qiymətlərinin artması səbəbindən Aİ-nin xərcləri 24 milyard avroya çatıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər