Kriminal

Kolumbiyada serial çəkilişində faciə: Bıçaqlı hücumda üç nəfər öldü - VİDEO

22 Apr 2026, 13:24 1 baxış
Kolumbiyada serial çəkilişində faciə: Bıçaqlı hücumda üç nəfər öldü - VİDEO
Kolumbiyada məşhur bir teleserialın çəkiliş meydançasında yoldan keçən şəxs iki nəfəri bıçaqlayaraq öldürüb. Hücum edən şəxs də hadisə yerində məhv edilib. Oxu.Az xəbər verir ki, bu barədə "Need to know" məlumat yayıb.
Bildirilib ki, faciə populyar "Sin Senos Si Hay Paraiso" filminin çəkilişləri zamanı baş verib. Aktyorlar və çəkiliş qrupuna 24 yaşlı naməlum kişi hücum edib. Qətlə yetirilənlər 45 yaşlı Henri Alberto Benavides Kardenas və 18 yaşlı Nikolas Fransisko Perdomo Korralesdır. Qeyd edilir ki, Kardenas həmkarına kömək etməyə çalışıb, lakin buna nail ola bilməyib.
Kolumbiyada serial çəkilişində faciə: Bıçaqlı hücumda üç nəfər öldü - VİDEO
Mənbə oxu.az

Oxşar Xəbərlər