Dünya
Avropa liderlərindən sərt mesaj: Müdafiə hazırlığı sürətləndirilməlidir
Belçika Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Frederik Vansina bəyan edib ki, Avropa dövlətləri Birləşmiş Ştatların köməyinə arxalanmadan Rusiya ilə ehtimal edilən toqquşmaya təcili surətdə hazırlıq görməlidirlər. Onun hesablamalarına görə, Avropa qitəsinin öz hərbi gücünü möhkəmlətməsi üçün cəmi dörd il vaxtı var. Oxu.Az xəbər verir ki, bu məlumatı "Military Watch Magazine" nəşri dərc edib. Yüksəkrütbəli hərbçi qeyd edib ki, əslində Kiyev Avropaya əlavə zaman qazandırır və məhz bu səbəbdən Qərb dövlətləri Ukraynaya bu qədər intensiv dəstək verirlər. Vansinanın ehtimallarına əsasən, 2030-cu ilə kimi Rusiyanın 650-700 min nəfərlik böyük təcrübəyə malik ordusu formalaşacaq. Bununla yanaşı, Avropada daha sərt addımların atılması ilə bağlı çağırışlar getdikcə artmaqdadır. Fransanın dövlət başçısı Emmanuel Makron Ukrayna ərazisinə quru qoşunlarının yeridilməsi ehtimalını istisna etmədiyini bildirib. Polşa, Litva və Estoniya rəhbərləri isə daha qətiyyətli mövqeyin nümayişini aktiv şəkildə təşviq edirlər.
Mənbə
oxu.az