Kriminal
Ağsuda 54 yaşlı kişi heyvan otararkən öldü
Ağsuda 54 yaşlı kişi heyvan otararkən ölüb. Oxu.Az-ın məlumatına görə, hadisə dünən axşam saatlarında rayonun Daşdəmirbəyli kəndi ərazisində baş verib. Kənd sakini 1972-ci il təvəllüdlü Bəkir Təvəkgül oğlu Bağırovun meyiti kəndi ərazisindəki örüş sahəsindən aşkarlanıb. Onun heyvanlarını otararkən infarktdan öldüyü bildirilir. Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.
Mənbə
oxu.az
Oxşar Xəbərlər