Dünya
Sahəsinin 99 faizini itirdi: Dünyanın ən böyük aysberqi parçalanır - FOTO
Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutunun alimləri tərəfindən 40 il ərzində izlənilən dünyanın ən böyük aysberqi A23a artıq öz ömrünü başa vurur. xəbər verir ki, bu barədə institutun "Telegram" kanalında bildirilib. Məlumata əsasən, buz nəhəngi kiçik hissələrə parçalanaraq, mövcud olduğu dövr ərzində ilkin sahəsinin 99%-ni itirib. Hazırda o, artıq bütöv bir aysberq kimi deyil, kiçik fraqmentlər şəklində mövcuddur.
{{gallery}} İnstitutun Buz və Hidrometeorologiya Məlumat Mərkəzinin baş mütəxəssisi Polina Soloşuk bildirib ki, A23a hazırda Cənub okeanının sularında dreyf etməyə (xarici qüvvələrin - külək, axın və s. təsiri ilə hərəkət etməyə) davam edir və göz önündə parçalanır. Qeyd olunub ki, aysberqin sahəsi yanvar ayında təxminən 1 300 kvadratkilometr idisə, hazırda bu rəqəm 50 kvadratkilometrdən aşağı düşüb. Xatırladaq ki, A23a aysberqi 1986-cı ildə Antarktidada yerləşən Filxner-Ronne buz şelfindən qoparaq yaranıb. O vaxt onun sahəsi 4 170 kvadratkilometr təşkil edib. Buzlaq 30 ildən çox Ueddell dənizinin mərkəzi hissəsində saya oturmuş vəziyyətdə qaldıqdan sonra hərəkətə keçib. 2023-cü ilin noyabrında açıq okeana çıxan aysberq, 2025-ci ilin əvvəllərində Cənubi Corciya adasına yaxınlaşıb və burada bir müddət hərəkətsiz qaldıqdan sonra yenidən dreyf edərək əriməyə və parçalanmağa başlayıb.

Mənbə
oxu.az