Dünya

Drezden yaxınlığında üç min ildən çox yaşı olan xəzinə aşkarlandı

22 Apr 2026, 06:46 1 baxış
Drezden yaxınlığında üç min ildən çox yaşı olan xəzinə aşkarlandı
Almaniyanın Drezden yaxınlığında yaşı 3 min ildən çox olan qədim xəzinə aşkarlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Welt" nəşri məlumat yayıb. Artefaktlar şəhərin şimalında yerləşən Vilşdorf kəndində metal detektoru vasitəsilə tapılıb. Bir neçə səliqə ilə düzülmüş tunc halqanı aşkar edən şəxs bu barədə mütəxəssislərə məlumat verib. Tapıntının ümumi çəkisi 837 qram təşkil edib. Əşyalar eramızdan əvvəl təxminən 1300-1100-cü illərə aid edilir və Tunc dövrünün son mərhələsinə aiddir. Tapıntılar arasında iki qolbaq və ehtimal ki, ayaq üçün nəzərdə tutulmuş dörd halqa var. Mütəxəssislər qeyd edirlər ki, Mərkəzi Avropada geniş yayılmış bu cür bəzək əşyaları sahibinin yüksək sosial statusundan xəbər verir. Versiyalardan birinə görə, belə xəzinələrin gizlədilməsi ritual xarakter daşıya bilərdi. Qeyd olunur ki, tapıntını aşkar edən şəxs qaydalara uyğun hərəkət edib və mədəni təbəqəyə zərər vurmayıb. Hazırda artefaktlar təmizlənir, sənədləşdirilir və elmi tədqiqata hazırlanır.
Drezden yaxınlığında üç min ildən çox yaşı olan xəzinə aşkarlandı
Mənbə oxu.az

Oxşar Xəbərlər