Dünya

Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu

22 Apr 2026, 04:18 1 baxış
Avstraliyada nəhəng timsahın başına zərbə endirən kişi yırtıcıya yem olmaqdan qurtuldu
Avstraliyada nəhəng timsahın hücumuna məruz qalan şəxs yırtıcının caynağından son anda xilas ola bilib. Oxu.Az ABC telekanalına istinadən xəbər verir ki, hadisə ölkənin şimal-qərbində yerləşən Brum şəhəri yaxınlığında baş verib. Timsah Dampir yarımadasındakı populyar istirahət düşərgələrindən birində həmin şəxsə hücum edib. Zərərçəkən yırtıcının başına güclü zərbə endirərək onun əlindən qurtulmağı bacarıb, lakin buna baxmayaraq, ciddi xəsarətlər alıb. Yaralanan şəxs helikopterlə stabil, lakin ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Yerli hakimiyyət orqanları hadisə ilə bağlı araşdırmalara başlayıb. Qeyd edək ki, Avstraliyanın şimal bölgələri insanlar üçün ciddi təhlükə yaradan timsahların yaşayış arealıdır. Son aylarda regionda bu cür hücum hallarının sayının artması ciddi narahatlıq doğurur.
Mənbə oxu.az

Oxşar Xəbərlər