Dünya

Arıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıq

22 Apr 2026, 03:20 1 baxış
Arıq olmaq yüksək xolesterindən qorumur: Mütəxəssisdən xəbərdarlıq
Arıq insanlarda da yüksək xolesterin səviyyəsi müşahidə edilə bilər. xəbər verir ki, bu barədə Qlazqo Universitetinin kardiometabolik təbabət üzrə professoru Navid Sattar "The Guardian" nəşrinə müsahibəsində bildirib. Ekspert aterosklerozun yalnız artıq çəkidən qaynaqlandığı barədə geniş yayılmış mifi təkzib edib. Mütəxəssisin sözlərinə görə, xolesterin səviyyəsinə təkcə həyat tərzi deyil, həm də genetika ciddi təsir göstərir. İrsi meyillilik olduqda, hətta arıq insanlarda belə xolesterin göstəriciləri yüksək ola bilər. "Genetika xolesterin səviyyəsini təyin edən əsas amildir, qidalanma isə buna nisbətən daha az təsir göstərir", - deyə Navid Sattar qeyd edib. Eyni zamanda, o vurğulayıb ki, rasionun ümumi kalori dəyərindən daha çox, "pis" xolesterinin səviyyəsini artıran doymuş yağların miqdarı əhəmiyyət kəsb edir. Professor bildirib ki, qan təzyiqi, şəkərli diabet və ümumi metabolik vəziyyət də aterosklerozun inkişaf riskinə birbaşa təsir göstərir. Bu amillər lipidlərin qan damarlarına olan mənfi təsirini daha da gücləndirə bilər. Navid Sattar sağlam qalmaq üçün xüsusilə 40 yaşdan sonra müntəzəm olaraq tibbi müayinələrdən keçməyi və yalnız xolesterin səviyyəsinə deyil, bir neçə sağlamlıq amilinin kombinasiyasına diqqət yetirməyi məsləhət görüb.
Mənbə oxu.az