Dünya

Britaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilir

22 Apr 2026, 02:48 1 baxış
Britaniyada siqaret satışı ilə bağlı "ömürlük qadağa" - Qaydalar sərtləşdirilir
Böyük Britaniyada yaşı 17-dən az olan bütün şəxslər üçün siqaret almaqla bağlı "ömürlük qadağa" tətbiq ediləcək. Oxu.Az TASS-a istinadən xəbər verir ki, Birləşmiş Krallığın Səhiyyə Nazirliyi tərəfindən təqdim edilmiş müvafiq qanun layihəsi parlament müzakirəsinin bütün mərhələlərindən keçib. Yeni qanun Böyük Britaniya kralı III Çarlz tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Bundan əlavə, qanun siqaretlərin, veyplərin və nikotin tərkibli məhsulların dövriyyəsi və istifadəsinə daha sərt tənzimləmə tətbiq edir. Belə ki, elektron siqaretlərin istifadəsinin qadağan olunduğu zonalar genişləndiriləcək. Qadağa uşaq meydançalarını, məktəb və xəstəxanaların ətrafındakı əraziləri əhatə edəcək. Uşaqların olduğu avtomobildə elektron siqaret çəkməyə də icazə verilməyəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər