Dünya
Rusiya səfiri Vladimir Solovyova görə İtaliya XİN-ə çağırıldı
Rusiyanın İtaliyadakı səfiri Aleksey Paramonov Romada Xarici İşlər Nazirliyinə çağırılıb. xəbər verir ki, bu barədə İtaliyanın xarici işlər naziri Antonio Tayani "X" sosial şəbəkəsində bildirib. "Rusiyalı aparıcı Vladimir Solovyovun Rusiya televiziyasında Nazirlər Şurasının sədri Corcia Meloninin ünvanına səsləndirdiyi ciddi və təhqiramiz bəyanatlardan sonra rəsmi etirazımı bildirmək üçün Rusiyanın səfiri Paramonovu XİN-ə çağırdım. Mən Meloniyə tam həmrəyliyimi ifadə edirəm", - deyə nazir qeyd edib.
Mənbə
oxu.az