Dünya
ABŞ-yə məxsus hərbi təyyarə Hörmüz boğazına yaxınlaşır: Bölgədə diqqətçəkən hərəkətlilik
ABŞ-yə məxsus təyyarə Hörmüz boğazı istiqamətində hərəkət edir. Oxu.Az xəbər verir ki, bu barədə "Flightradar24" xidməti məlumat paylaşıb. Məlumata görə, ABŞ Hərbi Hava Qüvvələrinə aid "Boeing KC-46A Pegasus" yanacaqdolduran tankeri Fars körfəzi səmasında qeydə alınıb. Uçuşuna Təl-Əvivdən başlayan hava gəmisi İordaniya və Səudiyyə Ərəbistanının hava məkanından keçərək Fars körfəzinə çatıb. Daha sonra isə təyyarə Hörmüz boğazı istiqamətində uçuşunu davam etdirib.
Mənbə
oxu.az