Dünya

"Telegram" Rusiyada cərimələndi

21 Apr 2026, 17:44 1 baxış
"Telegram" Rusiyada cərimələndi
Rusiyada Moskvanın Taqanski Məhkəməsi "Telegram" mesencerini Rusiyada qadağan olunmuş kontenti silməməkdə təqsirli bilib. Bu barədə Oxu.Az "İnterfaks"a istinadən xəbər verir. "Telegram Messenger Inc."ə 7 milyon rubl (160 min manat) məbləğində cərimə şəklində inzibati cəza tətbiq edilsin", - deyə hakim məhkəmənin qərarını səsləndirib. Qeyd edək ki, "Telegram" Rusiya İnzibati Xətalar Məcəlləsinin 13.41-ci maddəsinin 4-cü hissəsində (Rusiya Federasiyasında girişi məhdudlaşdırılan məlumata və ya informasiya resurslarına girişin məhdudlaşdırılması prosedurunun pozulması) nəzərdə tutulan cinayətdə təqsirli bilinib.
Mənbə oxu.az

Oxşar Xəbərlər