Dünya
ABŞ, Britaniya və Fransanın kəşfiyyatçıları Parisdə gizli görüşdülər – Səbəb nədir?
Fransa paytaxtında ABŞ, Böyük Britaniya və Fransa xüsusi xidmət orqanları nümayəndələrinin qapalı toplantısı keçirilib. Oxu.Az xəbər verir ki, bu informasiyanı "Intelligence Online" nəşri paylaşıb. Aprelin 10-da Parisdə Senatın binasında üç ölkənin kəşfiyyat strukturları, həmçinin xüsusi təyinatlı qüvvələrinin qapalı görüşü reallaşıb. Məlumata görə, bu, Böyük Britaniyanın Xüsusi Təyinatlı Qüvvələr Klubu tərəfindən təşkil olunan nadir tədbirlərdəndir və İkinci Dünya müharibəsi dövründən qalan müttəfiqlik əlaqələrini bir daha təsdiq etmək məqsədi daşıyır. Toplantı qapalı formatda keçirilsə də, simvolik məna daşıyaraq dövlətlər arasındakı sıx əməkdaşlığı nümayiş etdirib. Sözügedən klub həm Britaniya, həm də SAS ("Special Air Service": Böyük Britaniya Ordusunun xüsusi təyinatlı alayı - red.) və CIA-nın ("Central Intelligence Agency": ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi - red.) da ali rütbəli hərbi şəxsləri daxil olmaqla xarici ölkələrin kəşfiyyat xidmətlərinin fəaliyyətdə olan və keçmiş əməkdaşlarını öz ətrafında birləşdirir.
Mənbə
oxu.az