Dünya

ABŞ ordusu Hind-Sakit okean regionunda sanksiya altında olan tankeri ələ keçirdi - VİDEO

21 Apr 2026, 16:52 1 baxış
ABŞ ordusu Hind-Sakit okean regionunda sanksiya altında olan tankeri ələ keçirdi - VİDEO
ABŞ ordusu Hind-Sakit okean komandanlığının (INDOPACOM) məsuliyyət zonasında "Tifani" tankerini ələ keçirib. Oxu.Az xəbər verir ki, bu barədə ABŞ-nin Hərb Nazirliyi (Pentaqon) sosial şəbəkə hesabında məlumat yayıb.
Məlumata görə, ölkə nişanı olmayan gəmi ABŞ-nin sanksiyaları altında üzüb. Qeyd olunur ki, əməliyyat insidentsiz başa çatıb. Pentaqondan bildirilib ki, ABŞ ordusu İrana maddi dəstək göstərən təchizat şəbəkələrinin qarşısını almaq üçün tədbirləri davam etdirəcək.
Mənbə oxu.az

Oxşar Xəbərlər