Dünya

İran neft tankeri ABŞ-nin blokadası fonunda Hörmüz boğazını keçib

21 Apr 2026, 15:20 1 baxış
İran neft tankeri ABŞ-nin blokadası fonunda Hörmüz boğazını keçib
Çərşənbə axşamına keçən gecə İranın neft tankeri ölkənin Hərbi Dəniz Qüvvələrinin dəstəyi ilə Hörmüz boğazını keçərək İslam Respublikasının ərazi sularına daxil olub. Oxu.Az xəbər verir ki, bu barədə İranın dövlət teleradio şirkəti Ordunun yaydığı bəyanata əsasən məlumat verib. Bildirilib ki, gəmi Ərəbistan dənizini keçdikdən sonra tam təhlükəsiz şəraitdə ölkənin dəniz sərhədlərinə çatıb və artıq bir neçə saatdır ki, cənub limanlarının birində lövbər salıb. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər