Dünya
Şimali Karolinada qanlı insident: Atışmada iki gənc öldü
Şimali Karolina ştatının Uinston-Salem şəhərində parkların birində silahlı insident qeydə alınıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı ABC telekanalı yayımlayıb. Bildirilir ki, 16 və 17 yaşlı iki nəfər həlak olub. Xəsarət alan 14-19 yaşlı gənclər arasında dörd qızın da olduğu vurğulanır. Hüquq-mühafizə orqanlarının açıqlamasına əsasən, gənclər əvvəlcədən parkda dava ediblər. Mübahisə qısa vaxt ərzində daha da kəskinləşib və silahlı toqquşmaya çevrilib. Hadisə ilə bağlı araşdırma aparılır.
Mənbə
oxu.az