Dünya

KİV: Tramp İranla sülh sazişinin imzalanması mərasiminə qatıla bilər

21 Apr 2026, 14:16 1 baxış
KİV: Tramp İranla sülh sazişinin imzalanması mərasiminə qatıla bilər
Tərəflər razılığa gələcəyi təqdirdə ABŞ Prezidenti Donald Tramp İranla münaqişənin nizamlanmasına dair sazişin imzalanma mərasimində şəxsən iştirak edə bilər. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi yeni danışıqlar mərhələsinə ev sahibliyi edəcəyi gözlənilən Pakistandakı mənbəyə istinadən məlumat yayıb. Qaynağın verdiyi bilgiyə görə, ABŞ lideri müqavilənin bağlanması prosesinə birbaşa və ya videokonfrans formatında qatılması mümkündür. "Proses irəliyə doğru gedir və danışıqların sabah (çərşənbə günü - red.) baş tutacağı planlaşdırılır", - deyə mənbə bildirib. Xatırladaq ki, fevralın 28-də İsrailin müdafiə naziri İsrael Kats İsrail Müdafiə Qüvvələrinin İrana qabaqlayıcı zərbə endirdiyini açıqlayıb. Daha sonra ABŞ Prezidenti Donald Tramp ölkəsinin də İrana qarşı hərbi əməliyyatda iştirak etdiyini bildirib. İran isə öz növbəsində İsrailə onlarla ballistik raket atıb. İsrail Müdafiə Qüvvələri atışları təsdiqləyib, ölkə daxilində sirenlər səslənib və hava hücumundan müdafiə sistemləri işə salınıb. Martın 1-də İranın Ali Lideri Əli Xameneinin hücumlar zamanı öldürüldüyü bəyan olunub. İran ABŞ-nin hərbi bazalarının yerləşdiyi qonşu ölkələrin əksəriyyətinə raket zərbələri endirib. Buna görə də həmin ölkələrdə hava məkanı müvəqqəti bağlanıb. Həmçinin Hörmüz boğazından gəmilərin keçidində ciddi problemlər yaranıb. Aprelin 8-də Donald Tramp Tehrana verdiyi ultimatumun vaxtının bitməsinə bir neçə saat qalmış Vaşinqtonun ikihəftəlik atəşkəslə razılaşdığını elan edib. Daha sonra İslamabadda tərəflərin ilk görüşü keçirilib.
Mənbə oxu.az

Oxşar Xəbərlər