Dünya

Avropada böhran: Aviabiletlərin qiyməti arta və reyslər ləğv edilə bilər

21 Apr 2026, 14:32 1 baxış
Avropada böhran: Aviabiletlərin qiyməti arta və reyslər ləğv edilə bilər
Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorqensenin fikrincə, kerosin tədarükü ilə bağlı yaranmış vəziyyət fonunda Avropanı olduqca mürəkkəb yay mövsümü və aviabiletlərin qiymətinin artması gözləyir. Oxu.Az xəbər verir ki, bu barədə o, "La Vanguardia" nəşrinə müsahibəsində bildirib. Qeyd edilib ki, hazırda vəziyyət çox ciddidir və təəssüf ki, gələcəkdə daha da pisləşmə ehtimalı yüksəkdir. Komissar vurğulayıb ki, aparılan təhlillərə əsasən, sabah sülh elan edilsə belə, enerji daşıyıcılarının qiymətləri ilə bağlı çətin həftələr, aylar və hətta illər qarşıdadır. Onun sözlərinə görə, Yaxın Şərqdə, xüsusən də Qətərdə mayeləşdirilmiş təbii qaz infrastrukturu o qədər zərər görüb ki, onun bərpası illər tələb edəcək. Yorqensen əlavə edib ki, bunun nəticəsi olaraq qiymətlər uzun müddət yüksək olaraq qalacaq. Rəsminin sözlərinə görə, neftlə bağlı vəziyyət bir qədər fərqlidir. O bildirib ki, hasilatın bərpası daha tez həyata keçə bilər və bu, sadəcə bir neçə həftəlik məsələdir. Lakin dizel və ya təyyarə yanacağı olmadan keçən bir neçə həftə həlledici rol oynaya bilər. Aviasiya sənayesinin kerosinlə təminatı məsələsinə toxunan Avropa Komissiyasının nümayəndəsi vurğulayıb ki, ən yaxşı ssenaridə belə olduqca ağır bir yaya hazır olmaq lazımdır. O xəbərdarlıq edib ki, hava səyahətləri daha da bahalaşacaq və bəzi hallarda reyslərin ləğv edilməsi halları ilə qarşılaşmaq mümkün olacaq.
Mənbə oxu.az

Oxşar Xəbərlər