Dünya

Üç gəmi Hörmüz boğazından keçməyə nail olub

21 Apr 2026, 13:20 1 baxış
Üç gəmi Hörmüz boğazından keçməyə nail olub
Hörmüzdəki blokada şəraitinə baxmayaraq, biri İrana məxsus olmaqla ümumilikdə üç gəmi boğazı keçməyə nail olub. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb. İran bayrağı altında hərəkət edən "Shoja 2" adlı yük gəmisi boğazı keçərək Oman körfəzinə daxil olduqdan dərhal sonra öz koordinatlarının ötürülməsini dayandırıb. Xəbərdə bildirilir ki, qalan iki gəminin İranla heç bir bağlılığı yoxdur. Qambiya bayrağı ilə hərəkət edən "Lian Star" gəmisi boğazı arxada qoyaraq cənub istiqamətində - Oman körfəzinə tərəf yönəlib. Mülkiyyətçisi gizli saxlanılan "Ean Spir" tankeri isə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Ras əl-Xaymə əyalətindən hərəkətə başlayıb və hazırda Larak adasının cənub hissəsində Omanın Şinas limanına doğru üzür.
Mənbə oxu.az

Oxşar Xəbərlər