Dünya

ABŞ-də aeroportda həyəcanlı vəziyyət: Sərnişin təyyarələri havada toqquşmaq təhlükəsi ilə üzləşib

21 Apr 2026, 13:28 1 baxış
ABŞ-də aeroportda həyəcanlı vəziyyət: Sərnişin təyyarələri havada toqquşmaq təhlükəsi ilə üzləşib
ABŞ-nin Federal Mülki Aviasiya İdarəsi "Southwest Airlines" şirkətinə məxsus iki sərnişin təyyarəsinin havada az qala toqquşmasına səbəb olan insidenti araşdırır. Oxu.Az xəbər verir ki, bu barədə ABC telekanalı məlumat yayıb. Neşvil beynəlxalq hava limanında (Tennessi ştatı) "Southwest Airlines"ın təyyarələrindən biri güclü küləklə müşahidə olunan hava şəraitdə eniş edərkən dispetçerlər hava gəmisini ikinci dövrəyə göndəriblər. Lakin eniş üçün başqa zolaq təyin olunub. Eyni vaxtda isə yaxınlıqda "Southwest Airlines"ın digər layneri qalxış edirmiş. Nəticədə təyyarələr havada təxminən 150 metr məsafədə bir-birinin yanından keçməyə nail olublar. Potensial toqquşma barədə pilotları bort sistemləri xəbərdar edib. Yalnız bunun sayəsində dəhşətli faciənin qarşısını almaq mümkün olub.
Mənbə oxu.az

Oxşar Xəbərlər