Kriminal

Ağsuda üç avtomobil toqquşan maşınla çırpıldı - Hadisə yerindən GÖRÜNTÜLƏR

21 Apr 2026, 13:00 1 baxış
Ağsuda üç avtomobil toqquşan maşınla çırpıldı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Ağsu rayonunda zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə ilə bağlı videogörüntülər yayılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, qəza ötən gün saat 15:30-da Bakı-Şamaxı-Qaraməryəm-İsmayıllı yolunun Ağsu rayonu ərazisindən keçən 233-cü kilometrliyində qeydə alınıb. Belə ki, Qəbələ rayon sakini, 25 yaşlı Tural Mirzəliyevin idarə etdiyi "Opel" markalı avtomobil İsmayıllı rayon sakini, 35 yaşlı Amən Əhmədovun sürdüyü VAZ-2115 markalı nəqliyyat vasitəsi ilə toqquşub. Bu zaman eyni istiqamətdə hərəkət edən "Mercedes", "Fiat" və "Toyota" markalı avtomobillər də həmin nəqliyyat vasitələrinə çırpılıblar. Qəza nəticəsində A.Əhmədov xəsarət alıb. Faktla bağlı araşdırma aparılır.
Ağsuda üç avtomobil toqquşan maşınla çırpıldı - Hadisə yerindən GÖRÜNTÜLƏR
Mənbə oxu.az

Oxşar Xəbərlər