Siyasət
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur - FOTO
Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyətinin dayandırılması təklif olunur. Oxu.Az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Elçin Mirzəbəyli parlamentin bugünkü iclasında çıxışı zamanı Belçika və Niderland parlamentlərinin Azərbaycana qarşı qətnamələrini şərh edərkən deyib.
O bildirib ki, Belçika və Niderland parlamentlərinin son qətnamələri nə hüquqi əsaslara, nə də regiondakı real vəziyyətə söykənmir: "Bu sənədlər siyasi manipulyasiya nümunəsi olmaqla yanaşı, beynəlxalq hüququn prinsiplərinə selektiv və riyakar yanaşmanın, açıq qərəzin, siyasi aqressiyanın növbəti təzahürüdür. Qətnamələrdə "suverenlik" və "ərazi bütövlüyü" prinsiplərinə istinad edildiyi halda Azərbaycanın guya Ermənistan ərazilərini işğal etməsi kimi tamamilə əsassız iddiaların irəli sürülməsi sözügedən qərəzli kağız parçasının mahiyyətini ortaya qoyur. Bu, təkcə ziddiyyət deyil, faktların məqsədyönlü şəkildə təhrif olunmasıdır. Belçika parlamenti isə regionda guya gərginlik və hərbi risklər barədə danışır. Bəlkə də arzu və istəklərini ifadə edir". E.Mirzəbəyli qeyd edib ki, Belçikanın siyasi dairələrinin, o cümlədən parlamentarilərinin Azərbaycan əleyhinə qərəzi artıq uzun illərdir ki, davam edir: "Avropa Şurası Parlament Assambleyasında Bekçikalı parlamentarilərin də ölkəmizə qarşı həyata keçirilən qarayaxma kampaniyalarının ön sıralarında yer alması, Bekçika parlamentində Azərbaycanla dostluq qrupunun fəaliyyəti dayandırılması da sübuta yetirir ki, bu, ardıcıl və planlı şəkildə qurulan və siyasi motivlərə əsaslanan bir prosesdir. Bu səbəbdən təklif edirəm ki, Azərbaycan-Belçika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun fəaliyyəti dayandırılsın. Bu, emosional reaksiya deyil".

Mənbə
oxu.az