Digər
"Gecəyarısı Çəkic" əməliyyatının məqsədi… - Tramp
"Gecəyarısı Çəkic" əməliyyatı İrandakı “Nüvə Tozu” sahələrinin tamamilə məhv edilməsi idi.
Axar.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp özünün “Truth Social” səhifəsində yazıb.
“Buna görə də onları bərpa etmək uzun və çətin bir proses olacaq. Saxta xəbər yayan CNN və digər korrupsiyalaşmış media şəbəkələri və platformaları bizim möhtəşəm pilotlarımıza layiq olduqları dəyəri vermir. Həmişə onları alçaltmağa və kiçiltməyə çalışırlar. Məğlublar!”, - o qeyd edib.
Mənbə
axar.az