Dünya
İndoneziya sahillərində güclü zəlzələ
İndoneziya sahillərində 5.5 maqnitudasında yeraltı təkanlar baş verib. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Mərkəzin məlumatına görə, zəlzələnin episentri təxminən 282 min nəfər əhalisi olan Kupang şəhərindən 133 km şimal-şərq istiqamətində yerləşib. Yeraltı təkanların ocağı 77 kilometr dərinlikdə qeydə alınıb. Təbii fəlakət nəticəsində xəsarət alanlar və ya bina dağıntıları barədə hələ heç bir məlumat daxil olmayıb. Həmçinin sunami təhlükəsi elan edilməyib.
Mənbə
oxu.az
Oxşar Xəbərlər