Kriminal
Bakıda piyada keçidindən keçən şəxsi avtomobil vurub öldürdü
Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az-ın məlumatına görə, hadisə Pirallahı-Qala yolunda, Dübəndi bağ massivi ərazisində qeydə alınıb. 1988-ci il təvəllüdlü İntizar Lətif oğlu Umudov "Mercedes" markalı avtomobillə piyada keçidindən yolu keçən 1968-ci il təvəllüdlü Alətdin Əbdül oğlu Salmanovu vurub. Piyada hadisə yerində ölüb. Faktla bağlı cinayət işi başlanılıb.
Mənbə
oxu.az
Oxşar Xəbərlər