Dünya
Buxarestdə İES-də güclü partlayış baş verib - VİDEO
Rumıniyanın paytaxtı Buxarestdə yerləşən "CET Vest" istilik elektrik stansiyasında (İES) şiddətli partlayış qeydə alınıb. Bu barədə Oxu.Az "Digi24" telekanalına istinadən xəbər yayıb.
Telekanal Rumıniyanın Fövqəladə Hallar Departamentinin rəhbəri Raed Arafata istinadla bildirib ki, müəssisənin ərazisində iki transformator alışaraq yanmağa başlayıb. R.Arafat hadisə nəticəsində tələfatın olmadığını diqqətə çatdırıb. Yanğının yayılma ehtimalı ilə bağlı suala cavab verən departament rəhbəri yanğınsöndürənlərin rəyinə əsaslanaraq, belə bir təhlükənin gözlənilmədiyini vurğulayıb. Eyni zamanda, o əlavə edib ki, hazırda ərazidəki vəziyyət nəzarət altında saxlanılır.

Mənbə
oxu.az