Digər

Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf

21 Apr 2026, 09:42 1 baxış
Təhdid altında danışıqları qəbul etmirik - Qalibaf

Tramp blokada tətbiq etməklə və atəşkəsi pozmaqla bu danışıqlar masasını təslim olmaq masasına çevirməyə və ya yenidən müharibəni qızışdırmağa haqq qazandırmağa çalışır.


Axar.az xəbər verir ki, bunu İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf özünün X səhifəsində yazıb.


“Biz təhdidlərin kölgəsi altında danışıqları qəbul etmirik və son iki həftə ərzində döyüş meydanında yeni kartlar ortaya qoymağa hazırlaşmışıq”, - o bildirib.


Qeyd edək ki, bu gün tərəflərin İslamabadda görüşü gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər