Dünya

İranda Pəhləvi sülaləsinin bərpasının yüzlərlə tərəfdarı saxlanılıb

21 Apr 2026, 02:12 1 baxış
İranda Pəhləvi sülaləsinin bərpasının yüzlərlə tərəfdarı saxlanılıb
İranın Milli Polis Komandanı Əhməd Rza Radan ölkəyə qarşı fəaliyyətdə ittiham olunan 1 400-dən çox insanın həbs olunduğunu bildirib. Oxu.Az bu barədə "Azad İran" "Telegram" kanalına istinadən xəbər verir. Onun sözlərinə görə, ölkədə monarxiyanın (Pəhləvi sülaləsinin) bərpasının internetdə aktiv olan 700-dən çox tərəfdarı da saxlanılıb. Bundan əlavə, təxminən 400 nəfər "məlumat ötürmə və əməliyyat fəaliyyətlərinin görüntülərinin yayılması" ittihamı ilə həbs edilib, 100-dən çox insan isə "silahlı və terrorçu qruplaşmalarla" əlaqələrinə görə saxlanılıb.
Mənbə oxu.az

Oxşar Xəbərlər