Siyasət

Lukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEO

21 Apr 2026, 01:42 1 baxış
Lukaşenko kimlərə hansı siyasi mesajları verdi? - VİDEO
Belarus Prezidenti Aleksandr Lukaşenko "müharibə istəmirik" deyir. Oxu.Az xəbər verir ki bu barədə Baku TV-nin videomaterialında bildirilir. Amma diqqət yetirək: o, bunu ümumi şəkildə yox, konkret ölkələrin adını çəkərək bildirir - Estoniya, Latviya, Litva, Polşa, hətta müəyyən mənada Ukrayna. Yəni burada sadəcə sülh çağırışı yoxdur.
Əksinə, təhlükənin xəritəsi cızılır, mümkün qarşıdurma xətti əvvəlcədən göstərilir. Lukaşenkonun bu çıxışı ilk baxışdan müdafiə xarakterli görünə bilər, lakin siyasi mətn kimi oxuyanda başqa mənzərə ortaya çıxır. Çünki liderlər çox zaman gündəmdə olmayan riski bu qədər detallı sadalamırlar. Deməli, Minsk bir tərəfdən "biz başlamarıq" deyir, digər tərəfdən isə "amma bu istiqamətlərdə gərginlik realdır" mesajını verir. Xüsusilə Polşa və Latviyanın ayrıca vurğulanması təsadüfi deyil. Bu artıq təkcə ritorika yox, NATO-nun şərq cinahına ünvanlanan siyasi xəbərdarlıqdır.
Mənbə oxu.az

Oxşar Xəbərlər