Dünya

"Drujba" neft kəməri ilə tədarükün bərpa olunacağı vaxt açıqlandı

21 Apr 2026, 01:48 1 baxış
"Drujba" neft kəməri ilə tədarükün bərpa olunacağı vaxt açıqlandı
Ukrayna "Drujba" neft kəməri ilə tədarükün aprelin 21-də bərpa olunacağını gözləyir. Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi anonim mənbələrə istinadən məlumat yayıb. Həmin gün kəmərdə texniki sınaqların keçirilməsi planlaşdırılır. Agentlik qeyd edir ki, bu, Avropa İttifaqı üçün Kiyevə 90 milyard avroluq (təxminən 106 milyard dollar - red.) kreditin blokdan çıxarılmasına yol aça bilər. Xatırladaq ki, "Drujba"nın Macarıstan və Slovakiyaya gedən cənub qolundan neftin tranziti ilin əvvəlində dayandırılmışdı. Kiyev bunun səbəbi kəmərin zədələnməsi ilə bağlı təmir edilməsini göstərmişdi.
Mənbə oxu.az

Oxşar Xəbərlər