Dünya

ABŞ hökumət təyyarəsi İslamabaddan geri dönüb

21 Apr 2026, 02:02 1 baxış
ABŞ hökumət təyyarəsi İslamabaddan geri dönüb
ABŞ-yə məxsus hökumət təyyarəsi aprelin 20-də İslamabada gəldikdən bir neçə saat sonra Pakistandan ayrılaraq Praqaya eniş edib. Oxu.Az xəbər verir ki, bu barədə TASS Avropa İttifaqının aviadispetçer xidmətlərindəki mənbəyə istinadən məlumat yayıb. Mənbənin sözlərinə görə, hökumət təyyarəsi əvvəlcə aprelin 18-də Vaşinqtondan Avropaya gəlib, daha sonra Praqadan İslamabada uçub, lakin qısa müddətdən sonra yenidən Çexiyaya qayıdıb. Təyyarənin göyərtəsində kimlərin olduğu və səfərin səbəbi açıqlanmayıb. Qeyd edək ki, ABŞ və İran arasında danışıqlar İslamabadda keçirilməli idi. İran nümayəndə heyətinə parlament sədri Məhəmməd Baqir Qalibaf, ABŞ nümayəndə heyətinə isə vitse-prezident Cey Di Vens rəhbərlik edib. Tərəflər uzunmüddətli razılaşma ilə bağlı fikir ayrılıqlarına görə ortaq məxrəcə gələ bilməyiblər.
Mənbə oxu.az

Oxşar Xəbərlər