Digər

Kuba təsdiqlədi: ABŞ-la danışıqlar aparılıb

21 Apr 2026, 00:58 1 baxış
Kuba təsdiqlədi: ABŞ-la danışıqlar aparılıb

Bu yaxınlarda Kuba və ABŞ nümayəndə heyətləri arasında Kubada görüş keçirilib.


Axar.az xəbər verir ki, bu barədə rəsmi "Granma" qəzeti Kuba Xarici İşlər Nazirliyinin ABŞ ilə Əlaqələr Departamentinin baş direktor müavini Alexandro Qarsiya del Toroya istinadən məlumat yayıb.


"Mən təsdiqləyə bilərəm ki, bu yaxınlarda Kubada Kuba və Amerika nümayəndə heyətləri arasında görüş keçirilib. Amerika nümayəndə heyətinə dövlət katiblərinin köməkçiləri, Kuba nümayəndə heyətinə isə xarici işlər nazirlərinin müavinləri səviyyəsində nümayəndələr daxil olub. Görüş zamanı heç bir tərəf son tarixlər müəyyən etməyib və ya təhdidedici bəyanatlar verməyib", - Toro bildirib.


O, bütün fikir mübadiləsinin hörmətlə və peşəkarcasına aparıldığını vurğulayıb.

Mənbə axar.az

Oxşar Xəbərlər