Digər
Bunu etsək, strateji məğlubiyyət olar - Zelenski
Ukrayna qoşunlarının Donbasdan çıxarılması Ukrayna üçün strateji məğlubiyyət olar.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski bildirib.
O qeyd edib ki, belə bir addım bir sıra ciddi risklər yaradacaq.
Zelenski təkcə Donetsk bölgəsində deyil, həm də Luqansk bölgəsinin bir hissəsində ordunun mövcudluğunu qoruduğunu qeyd edib:
“Donbasdan geri çəkilmək Ukraynanı zəiflədəcək, çünki bölgədə istehkamlar tikilib”.
Mənbə
axar.az